Bank Of Baku

Gürcüstanda Türkiyə vətəndaşından xeyli miqdarda narkotik götürülüb

Gürcüstanda Türkiyə vətəndaşından xeyli miqdarda narkotik götürülüb
# 10 mart 2016 08:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Batumi Polis Şöbəsinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşında xeyli miqdarda narkotik maddə aşkarlanıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilib. Məlumata görə, 1990-cı il təvəllüdlü K. Durukan adlı  Türkiyə vətəndaşından 49 ədəd "Ekstazi" həbi və 1,4134 qram marixuana götürülüb. Saxlanılan şəxs günahını boynuna alıb.

 

Bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi (qanunsuz narkotik əldə etmə və saxlama) üzrə cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR