Bank Of Baku

Gürcüstandan Azərbaycana keçməyə cəhd edən iranlı narkotik alverçiləri saxlanılıb

Gürcüstandan Azərbaycana keçməyə cəhd edən iranlı narkotik alverçiləri saxlanılıb
# 27 iyul 2018 13:14 (UTC +04:00)

Gürcüstanda narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən iki İran vətəndaşı saxlanılıb.

 

APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadla xəbər verir ki, İran vətəndaşları Azərbaycana keçməyə cəhd ediblər.

 

Onlar Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında yaxalanıblar. 
 

İran vətəndaşlarının üzərində 13 bağlamada 700 qram heroin aşkar olunub. Onları 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 
 

Gürcüstanda bu ilin ilk yeddi ayı ərzində ümumilikdə 98 narkotik alverçisi saxlanılıb, 15 kiloqram heroin, 7191 ədəd psixotrop həb, 1 kiloqram 400 qram kokain və digər narkotik vasitələr müsadirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR