Bank Of Baku

Gürcüstanın etnik müxtəlifliyini əks etdirən veb-xəritə təqdim olunub

Gürcüstanın etnik müxtəlifliyini əks etdirən veb-xəritə təqdim olunub
# 02 mart 2018 13:47 (UTC +04:00)

Gürcüstanın Milli Parlament Kitabxanasında Etniklik və Multikulturalizm Araşdırmaları Mərkəzi (CSEM) tərəfindən hazırlanmış, ölkənin etnik müxtəlifliyini əks etdirən veb-xəritənin təqdimatı keçirilib. 


APA-nın yerli bürosunun məlumatına görə, yeni onlayn platformada Gürcüstanın etnik müxtəlifliyi ilə bağlı coğrafi, mədəni, siyasi və sosial göstəricilər yer alıb. 
 

Müxtəlif tematik xəritələridən ibarət interaktiv platformada Gürcüstanın bələdiyyə, bölgə və şəhərləri üzrə etnik tərkibi, Kvemo-Kartli və Samtsxe Cavaxeti bölgəsinin kəndləri üzrə müvafiq demoqrafik məlumatlar və etnik statistik göstəricilər əks olunub. Təqdimat mərasimində bildirilib ki, demoqrafik məlumatlar 2014-cü ildə Gürcüstanda aparılmış sonuncu siyahıyaalmaya əsaslanıb. 

 

Veb-xəritədə Gürcüstanda yaşayan etnik azlıqların yerli idarəetmə orqanlarında təmsilçiliyi, etnik icmalar, tədrisi milli azlıqların dilində olan məktəblər, KİV, mədəni müxtəlifliyi əks etdirən teatr və muzeylərlə də bağlı məlumat əldə etmək mümkündür.
 

Veb-xəritə CSEM-in saytında (http://csem.ge/interactivemap/) yerləşdirilib və istənilən internet istifadəçisi onunla tanış ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR