Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya Gürcüstanda orta məktəblərdə din tarixi və mənəviyyat dərsinin keçirilməsini təklif edib.
APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumata görə, bazar günü dini mərasimdə Tbilisidə 51 saylı məktəbdə şagirdlər arasında dava-dalaş və iki şagirdin ölməsinə toxunan II İliya deyib ki, məktəbdə baş verən faciə çox ağır bir hadisədir
II İliya uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb: "Uşaqların məktəbdə aldığı bilik yetərli deyil. Biz uşaqların mənəvi tərbiyəsinə xüsusi diqqət yetirməliyik. Hakimiyyət məktəblərdə din tarixi və mənəviyyat dərsinin keçirilməsi barədə mütləq düşünməlidir ki, Gürcüstanda belə hadisələr təkrarlanmasın".