Bank Of Baku

İngiltərədə Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki zəhərlənib

İngiltərədə Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki zəhərlənib
# 05 mart 2018 20:55 (UTC +04:00)

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayam Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, 66 yaşlı S.Skripal və onun yanında olan bir qadın naməlum zəhərli maddənin təsirinə məruz qalıblar.

 

Hadisədən dərhal sonra ticarət mərkəzi dezinfeksiya üçün polis tərəfindən əhatəyə alınıb.

 

Hazırda Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

 

Qeyd edək ki, 2010-cu ildə prezident Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR