İnterpolun Gürcüstan bürosunun əməkdaşının olduğu avtomobil atəşə tutulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə cümə axşamına keçən gecə Tbilisinin Şatberaşvili küçəsində baş verib.
Hadisə zamanı İnterpolun əməkdaşı yaralanıb. O, xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Atəşə məruz qalan avtomobildə bir neçə nəfər varmış. Ölkə prokurorluğu təhqiqata başlayıb.