Bank Of Baku

İran XİN rəhbərinin müavini Türkiyəyə səfər edəcək

İran XİN rəhbərinin müavini Türkiyəyə səfər edəcək
# 10 aprel 2016 06:08 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA.  İran xarici işlər nazirinin  beynəlxalq və hüquqi məsələlər üzrə müavini Abbas Əraqçi aprelin 10-da Türkiyəyə səfər edəcək.

 

APA - nın Tehran bürosunun məlumatına görə, A.Əraqçi  İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Şurasına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin gündəliyini müzakirə etmək məqsədi ilə Türkiyəyə səfər edir.

 

İƏT-ə üzv ölkələrin dövlət başçılarının sammiti gələn həftənin 14-15 aprel tarixlərində  İstanbulda keçiriləcək.

 

Sammitdən öncə 10-11 aprel tarixlərində ekspertlər,  13-14 apreldə isə İƏT -ə üzv ölkələrin XİN  başçılarının iclası keçiriləcək.

 

Qeyd edək ki, İƏT-in baş katibi İyad bin Amin Mədənibit neçə gün əvvəl Dağlıq Qarabağda da baş verən döyüşlərdən narahatçılığını ifadə edib. O,  Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və  dərhal işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edib.

 

İyad bin Amin Mədənibit Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR