Bank Of Baku

İstanbul yarmarkasında azərbaycanlı yazar kitabını imzalayıb

İstanbul yarmarkasında azərbaycanlı yazar kitabını imzalayıb
# 09 mart 2016 22:29 (UTC +04:00)

İstanbul. Mayıs Əlizadə-APA. İstanbul yarmarkasında azərbaycanlı yazar Eyvaz Zeynalov  kitabını imzalayıb.

 

APA-nın məlumatına görə, İstanbulun CNR  salonunda davam edən kitab yarmarkasında azərbaycanlı nasir Eyvaz Zeynalov  “Eski bisiklet” kitabını oxucular üçün imzalayıb.

 

Oxucular “Eski bisiklet” kitabına yaxından maraq göstərdikləri kimi kitabın müəllifi Eyvaz Zeynalovla üzbəüz söhbət  imkanı əldə ediblər. Eyvaz Zeynalov öz yaradıcılığı və Azərbaycan  ədəbiyyatının bu günkü durumu barədə Türk oxucularına ətraflı məlumat verib.

 

”Eski bisiklet” kitabını nəşr edən “Ferfir” nəşriyyatının sahibi Şərəf Yılmaz APA-ya verdiyi açıqlamada deyib :”Kitabı keçən ilin dekabrında nəşr etdik.Oxucuların kitabı rəğbətlə qarşıladığını deyə bilərəm.Eyvaz bəyin yaradıcılığına olan marağı  görəndən sonra keçən həftə onunla yeni bir müqavilə imzalayaraq “Qisas” romanını Türkcə çap etməyi qərarlaşdırdıq. Kitabı noyabr ayında keçiriləcək TÜYAP beynəlxalq kitab yarmarkasının açılışına qədər çap etməyi nəzərdə tutmuşuq. Daha əvvəl də sizə demişdim ki, Eyvaz Zeynalovla yaradıcılıq münasibətlərimiz davam edəcək.Azərbaycan və digət türkdilli  ölkələrin ədəbiyyatlarının qiymətli nümunələrini Türkiyədə çap etmək əsas hədəfimizdir”

 

Kitablarını imzalayandan sonra CNR yarmarkasında  APA-ya açıqlama verən Eyvaz Zeynalov deyib ki, İstanbula bu dəfəki səfərində “Chiviyazıları” nəşriyyatı ilə də müqavilə imzalayıb.Müqaviləyə əsasən, nəşriyyat yazarın  “Bələdçi” əsərini   çap edəcək.”Bələdçi” əsərinin də noyabrda keçiriləcək TÜYAP beynəlxalq kitab yarmarkasının açılışında  stendlərdə nümayiş etdirilməsi gözlənilir.

 

Qeyd edək ki, martın 4-də açılan  CNP kitab yarmarkası martın 13-də bağlanacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR