Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun “Okmeydanı”nda DHKP-C (solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi) terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bir helikopter və xeyli sayda xüsusi təyinatlının iştirakı ilə keçirilən əməliyyat çərçivəsində 5 nəfər saxlanılıb.
DHKP-C-nin Gənclik Federasiyası Dərnəyinə basqın zamanı polislər dəmir qapını qırmalı olublar.
Axtarış zamanı qruplaşmaya aid xeyli sənəd müsadirə edilib. Şübhəlilər saxlanılaraq əvvəlcə müayinə üçün xəstəxanaya, oradan isə polis idarəsinə aparılıb.