Bank Of Baku

İstanbulda bələdiyyə sədrinin müavini güllələnib

İstanbulda bələdiyyə sədrinin müavini güllələnib
# 18 iyul 2016 16:03 (UTC +04:00)

Bakı – APA. İstanbulun mərkəzi rayonlarından olan Şişli rayon bələdiyyəsinin binasında silahlı insident baş verib.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bələdiyyənin yeni istifadəyə verilmiş binasında yerli vaxtla saat 15:30-da atəş səsləri eşidilib. Bələdiyyə sədrinin müavini Cəmil Candaş sui-qəsdə məruz qalıb. Başından yaralanan C. Candaş ağır vəziyyətdə xəstəxanaya aparılıb.

 

Sui-qəsdi həyata keçirən 2 nəfər binada yaxalanıb. Polis hadisə yerinə gələrək təhqiqata başlayıb. Saxlanılan şəxslər bölməyə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR