İstanbulun Beyoğlu rayonunda 3 mərtəbəli bina çöküb.
APA-nın “Haberturk”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəricəsində binanın yanından keçən iki nəfər yüngül xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.
Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Məlumata görə, bir neçə insan çökən binanın altında qalmaqdan son an canını qurtarıb.
Bina boş olub.