Bank Of Baku

İstanbulda yaxalanan terrorçu “Reina” terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib

İstanbulda yaxalanan terrorçu “Reina” terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib
# 17 yanvar 2017 08:57 (UTC +04:00)

“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. 

 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. 
 
V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.

 

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR