APA-nın xəbərinə görə, İstanbul valisi Hüseyn Avni Mutlu bu gün parka gedərək parkda aparılan yaşıllaşdırma və rekonstruksiya işlərinin başa çatdığını açıqlayıb. O bildirib ki, bundan sonra istanbullular ailələri və övladları ilə birlikdə parkdan istifadə edə bilər.
H. A. Mutlu parkda etiraz aksiyaları keçirilməsinə imkan verilməyəcəyini bəyan edib. Vali açıqlama verərkən parkın kənarına toplaşan insanlar “Hər yer Taksim, hər yer dirəniş!” deyə qışqırıblar.
Xatırladaq ki, may ayının sonunda Gəzinti Parkının sökülərək yerində “Topçu Qışlası”nı bərpa etmək adı altında ticarət mərkəzi inşa edilməsi planlarına etiraz olaraq parkda etiraz aksiyası başlayıb. Mayın 31-nə keçən gecə parkdakı aksiyaçılara polis müdaxiləsindən sonra həm Taksim meydanı, həm də bütün Türkiyə ərazisində polislə toqquşmalarla müşayiət olunana etiraz aksiyaları keçirilib. Nəticədə 3 nümayişçi və 1 polis ölüb, yüzlərlə adam yaralanıb.