Bank Of Baku

İstanbuldakı terror aktlarının qurbanları arasında xarici vətəndaşlar var

İstanbuldakı terror aktlarının qurbanları arasında xarici vətəndaşlar var
# 29 iyun 2016 05:50 (UTC +04:00)

Bakı-APA.  İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində ölən və yaralananların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların arasında bir neçə xarici vətəndaş var.

 

APA-nın məlumatına görə, bu barədə “Röyters” yerli rəsmi qurumlara istinadən xəbər yayıb.  

 

Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

 

Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR