Hindistanda An-32 təyyarəsinin qəzaya uğraması nəticəsində Hərbi Hava Qüvvələrinin 5 hərbçisi ölüb.
APA xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, ikinci pilot sağ qalıb və müalicə alır.
Qəzanın səbəbini aydınlaşdırmaq üçün istintaq aparılır.
***
12:06
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus AN-32 nəqliyyat təyyarəsi Assamdakı Corhat hava bazasına eniş edərkən qəzaya uğrayıb.
Yerli medianın yaydığı məlumata görə, qəza nəticəsində pilot ölüb.
Qəzanın səbəbləri araşdırılır.