Bank Of Baku

İstanbulun Atatürk aeroportu terrorçuların hücumundan sonra fəaliyyətini bərpa edib

İstanbulun Atatürk aeroportu terrorçuların hücumundan sonra fəaliyyətini bərpa edib
# 29 iyun 2016 05:38 (UTC +04:00)

Bakı-APA.  Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib.   

 

APA-nın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

 

“Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - deyə baş nazir bildirib.  

 

Qeyd edək ki, bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.

 

Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

 

Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR