Bank Of Baku

İtaliya senatına ilk dəfə qadın rəhbər təyin edilib

İtaliya senatına ilk dəfə qadın rəhbər təyin edilib
# 24 mart 2018 14:38 (UTC +04:00)

İtaliya parlamentinin yuxarı palatasına (Senat) Mariya Yelizavetta Alberti Kazellati rəhbər təyin edilib.

 

APA İtaliya KİV-lərinə istinadən xəbər verir ki, bununla da İtaliya tarixində prezidentdən sonra ikinci mühüm postu ilk dəfə olaraq qadın tutub.

 

1946-cı ildə anadan olan M.Kazellati hüquq sahəsində təhsil alıb. O, 1994-cü ildə təsis edilən "İrəli İtaliya" partiyasının üzvüdür. Yerli KİV M.Kazelattini Silvio Berluskoninin "Dəmir tərəfdarı" adlandırır.

 

Qeyd edək ki, M.Kazellati ilk dəfə 1994-cü ildə senata üzv seçilib. 5 dəfə senator seçilən M.Kazellati səhiyyə komissiyasında təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR