Bank Of Baku

İtaliya Türkiyənin Avropa Birliyinə daxil olması barədə danışıqları davam etdirməyə çağırıb

İtaliya Türkiyənin Avropa Birliyinə daxil olması barədə danışıqları davam etdirməyə çağırıb
# 22 iyun 2013 02:45 (UTC +04:00)

Bakı-APA. Türkiyədə ictimai gərginlik və hökumət əleyhinə çıxışlarla qeyd olunan bir dövrdə Avropa Birliyinin qapılarını bu ölkənin üzünə bağlamaq olmaz. İtaliyanın xarici işlər naziri Emma Bonino bu fikirdədir.

 

«Avropa tarixi məsuliyyəti öz üzərindən ata bilməz və bəsirətsizliklə uzaqgörənlik arasında seçim edərkən Türkiyənin AB-yə qəbulundan imtina etmək kimi instinktiv arzudan qaçaraq danışıqlar prosesini davam etdirmək lazımdır», deyə Bonino bildirib.

 

Onun sözlərinə görə, Avropanın tam demokratik Türkiyəyə ehtiyacı var. «Son onilliklərin tarixi göstərir ki, bu ölkənin AB-yə daxil olmağı istəmək üçün çoxlu səbəbləri var», deyə nazir əlavə edib.

 

«Əgər biz bu gün danışıqlara son qoysaq, Avropanın gələcəyinə və beynəlxalq arenadakı nüfuzuna mənfi təsir göstərəcək səhvi edəcəyik», deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR