APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, indiyədək 82 nəfərin cəsədi tapılıb, 150-yə yaxın şəxsi isə xilas etmək olub.
Həlak olanlar arasında iki uşaq və bir hamilə qadın da var. Sərnişinlərdən 250 nəfər itkin düşmüş sayılır. Hazırda onların axtarışı davam edir.
Roma papası Fransisk möminləri həlak olanlar üçün dua etməyə çağırıb, gəminin batmasını “rəzalət” adlandırıb.
Qeyd edək ki, Lampeduza Tunisin 120 km-liyində yerləşir ki, bu da afrikalı miqrantların Avropaya məhz bu ada vasitəsilə mühacirət etməsinə gətirib çıxarır.