Bank Of Baku

İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 25-ə çatıb

İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 25-ə çatıb
# 25 yanvar 2017 18:46 (UTC +04:00)

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 25 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər qarın altından qadın  meyitini çıxarıblar.

 

Bundan əvvəl hadisə nəticəsində 18  nəfərin öldüyü bildirilirdi. Hazırda 4 nəfər itkin düşmüş hesab edilir.  Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR