Bank Of Baku

İtaliyanın sahil mühafizəsi 700-dən çox qaçqını xilas edib

İtaliyanın sahil mühafizəsi 700-dən çox qaçqını xilas edib
# 07 sentyabr 2013 19:03 (UTC +04:00)

Bakı-APA. İtaliyanın sahil mühafizəsi Siciliya sahilləri yaxınlığında qəzaya uğramış gəmilərdə olan 700-dən çox miqrantın xilas edildiyi barədə xəbər yayıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, 4 nəfər xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, son vaxtlar Suriya, Misir, Nigeriya və Qanadan İtaliyaya qeyri-leqal yollarla gəlmək istəyən qaçqınların sayı artıb. Buna Suriya və Misirdəki hadisələrin güclü təsir göstərdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR