Bank Of Baku

Kemeron: "Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək"

Kemeron: "Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək"
# 09 sentyabr 2013 18:59 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Böyük Britaniyanın baş naziri Devid Kemeron çıxış edib. O qeyd edib ki, rəsmi London BMT çərçivəsində Bəşər Əsəd rejiminə siyasi təzyiqlərin artmasına nail olmağa çalışacaq.

 

“Britaniya Suriyaya qarşı hansısa hərbi əməliyyatda yer almayacaq. Biz Dəməşqə təziyq göstərməkdə davam edəcəyik”, - deyə Kemeron parlamentdə çıxış zamanı bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR