Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri öz çərçivəsinə uyğun olaraq çox yaxşı keçib”.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər əsasən uranın zənginləşdirilməsi, Ərak ağır su nüvə reaktoru, qeyri-nüvə sahəsində əməkdaşlıq və sanksiyalarla bağlı danışıqlar aparıblar: “Biz tezliklə öz işimizə geri dönmək istəyirik və ekspertlər növbə addımı müzakirə edəcəklər”.
Sonda K.Eşton Novruz bayramı münasibətilə İran xalqını təbrik edib.
Qeyd edək ki, martın 18-19-da Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçirilib.