APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Strasburqda Suriya ilə bağlı keçirilən debatlarda çıxış edən K.Eşton bildirib ki, BMT Təhlükəsizlik Şurasının rolu əvəzedilməzdir: “Lakin Təhlükəsizlik Şurası üzvlərinin bu münaqişə ilə bağlı məsuliyyət nümayiş etdirməməsi təəssüf doğurur”.
Avropa Birliyinin baş diplomatı Suriyadakı münaqişəsinin siyasi yolla nizamlanmasına tərəfdar olduğunu və “cenevrə-2” konfransının keçirilməsinə tərəfdar olduğunu söyləyib.