Bakı-APA. Bu gün Krit adası yaxınlığında 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ dənizdə yer səthinin 30 km dərilikdə, Xanya şəhərindən 67 km qərbdə qeydə alınıb.
Təkanlar Yunanıstanın paytaxtı Afinada da hiss olunub.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilmir.