Bank Of Baku

Kvirikaşvili: “Gürcüstan qonşular arasında sülh yaratmaq rolunu davam etdirəcək”

Kvirikaşvili: “Gürcüstan qonşular arasında sülh yaratmaq rolunu davam etdirəcək”
# 04 oktyabr 2016 12:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstanın uzunmüddətli prioriteti onun iqtisadi yüksəlişidir”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu baş nazir Georgi Kvirikaşvili “Turizmin İnkişafı Fonduna investisiya ayrılması” layihəsinin təqdimatından sonra jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, hökumətin əsas prioriteti güclü özəl sektor yaratmaqdır: “Avropaya inteqrasiya isə hökumətin birinci dərəcəli prioritetidir”.

 

Baş nazir Gürcüstanın gələcək 10 illik inkişafı haqda fikirlərini də ifadə edib: “Mənim vəzifəm ölkənin tərəqqisini təmin etməkdir. Hökumətin məqsədi bütün vətəndaşlarımıza daha yaxşı həyat yaratmaqdır. Hökumətin səhiyyə, təhsil və kənd təsərrüfatı sektorlarında əhəmiyyətli investisiyalar həyata keçirməsinə baxmayaraq, hələ görüləsi işlərimiz çoxdur. Məqsədimiz vətəndaşlarımızın Avropaya vizasız gediş-gəlişini təmin etmək, yeni iş yerlərinin və Avropaya inteqrasiyanın dərinləşməsinə şərait yaratmaq üçün iqtisadi yüksəlişi sürətləndirməkdir”.


G. Kvirikaşvili əmin olduğunu bildirib ki, on il ərzində Gürcüstan güclü və sabit demokratik institutları ilə müasir, dinamik Avropa ölkəsi olacaq: “Bizim inkişaf edən iqtisadiyyatımız və Qərbə sürətli inteqrasiya xalqımıza həm də şəxsi və institusional səviyyədə bir çox yeni imkanlar verəcək. On il sonra Gürcüstan dünya biznes mühitində əhəmiyyətli bir ticarət mərkəzi və aparıcı oyunçu olacaq. Ümumiyyətlə, mən gözləyirəm ki, Gürcüstan qonşular arasında sülh yaratmaq rolunu davam etdirəcək və qitələr arasında ticarətin möhkəmləndirilməsinə çalışacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR