Bank Of Baku

Latviya prezidentinin iqamətgahında baş verən yanğında 3,2 min kvadratmetr ərazi külə dönüb

Latviya prezidentinin iqamətgahında baş verən yanğında 3,2 min kvadratmetr ərazi külə dönüb
# 21 iyun 2013 08:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Dövlət Yanğın Xilasetmə Xidmətinin mətbuat katibi Viktoriya Şembele alovun bu gün səhər saatlarında lokallaşdırıldığını deyib. Hadisə nəticəsində daha çox binanın damına zərər dəyib. Damda 2400 kv.m, dördüncü mərtəbədə 600 kv.m, üçüncü mərtəbədə 200 kv.m ərazi yanıb.

 

Latviya prezidenti iqamətgahın təmiri ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə fəaliyyət göstərəcək.

 

İqamətgahın yerləşdiyi Riqa qəsrində həmçinin Latviya Milli Tarix Muzeyi və Ədəbiyyat Muzeyi yerləşir. Latviya mədəniyyət naziri yanğınla əlaqədar Böhrna Komitəsinin təcili iclasını çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR