Bank Of Baku

Lavrov, Kerri və Brahimi arasında Suriya ilə bağlı üçtərəfli görüş keçiriləcək

Lavrov, Kerri və Brahimi arasında Suriya ilə bağlı üçtərəfli görüş keçiriləcək
# 13 sentyabr 2013 01:56 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət karibi Con Kerri və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi bu gün Cenevrədə üçtərəfli görüş keçirəcək.

 

“Sentyabrın 13-də Cenevrədə Lavrov, Kerri və Brahiminin görüşü nəzərdə tutulub”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə bildirib.

 

Bundan əvvəl Lavrov bildirmişdi ki,  BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüşdə Suriya üzrə “Cenevrə-2” konfransının çağırılmasının perspektivləri müzakirə oluna bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR