Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Haaqada nüvə təhlükəsizliyinə dair keçiriləcək sammit çərçivəsində “Ukraynada yaranmış daxili siyasi böhranı” müzakirə edəcəklər. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Rusiya XİN açıqlamasına istinadən xəbər verir.
Qeyd edək ki, Lavrov və Kerri martın 14-də baş tutmuş görüşdə Krıma dair yekdil fikrə gələ bilməyiblər.