Bank Of Baku

Lətif Hüseynov Avropa Şurası Nazirlər Komitəsi qarşısında hesabat verib

Lətif Hüseynov Avropa Şurası Nazirlər Komitəsi qarşısında hesabat verib
# 12 fevral 2015 07:55 (UTC +04:00)

Bakı - APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov rəhbərlik etdiyi qurumun 2013-cü ilin avqustundan 2014-cü ilin sonuna qədərki dövr ərzində fəaliyyəti barədə hesabatı Avropa Şurasının Nazirlər Komitəsinə təqdim edib.

 

Bu barədə APA-ya məlumat verən L.Hüseynov bildirib ki, dinləmələrdə Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoninin və Avropa Şurasının üzvü olan 47 dövlətin səfirləri iştirak edib.

 

L.Hüseynov Komitənin göstərilən dövr ərzindəki fəaliyyəti barədə geniş məlumat verib, işgəncə ilə mübarizə sahəsində Avropa Şurası ölkələrində mövcud olan əsas problemləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, öz çıxışında Ukraynanın şərqində döyüş əməliyyatları zonasında yerləşən penitensiar müəssisələrdə və digər saxlanma yerlərində son vaxtlar yaranmış olduqca ağır vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlərin zəruriliyini xüsusilə vurğulayıb.


Hesabat dövründə Komitənin 25 səfər etdiyi bildirilib. Hesabatda azadlıqdan məhrumetmə yerlərində saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə rəftara dair Komitənin yeniləşdirilmiş standartları öz əksini tapıb.


Dinləmələr zamanı çıxış edən səfirlər Avropa Şurasının ən vacib qurumlarından biri kimi İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin fəaliyyətini yüksək qiymətləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR