Bank Of Baku

Litva XİN rəhbəri Rusiyanı siyasi cəhətdən təcrid etməyə çağırıb

Litva XİN rəhbəri Rusiyanı siyasi cəhətdən təcrid etməyə çağırıb
# 22 iyun 2015 03:21 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Linas Linkyaviçus Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.   

 

XİN rəhbərinin sözlərinə görə, Moskvaya təzyiq göstərmək üçün elə də çox vasitə yoxdur: “Belə vasitələrdən biri də sanksiyalardır, lakin onları tətbiq etmək kifayət etmir.  

 

“Biz irəli getməyə qərar verdik və bunu etməliyik. Daha bir variant da var – siyasi təcrid və mən anlamıram ki, o niyə istifadə olunmur. Mən bütün təmasların ləğv edilməsini nəzərdə tutmuram, onlardan bəziləri davam etdirilməlidir. Niyə yüksək səviyyəli görüşlər heç bir səbəb olmadan keçirilir və heç bir nəticə vermir? Bu belə təəssürat yaradır ki, işlər adi rejimdə aparılır”, deyə  Linas Linkyaviçus qeyd edib.

 

Bundan əvvəl Rusiya XİN-i Vaşinqtonun Rusiyanı təcrid etmək cəhdlərinin boşa çıxdığını bəyan edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR