Bakı-APA. Litvada keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə görə “Kəndlilər və Yaşıllar İttifaqı” liderlik edir.
APA-nın xəbərinə görə, bu barədə Litva Baş Seçki Komissiyasının məlumatında bildirilir.
Hazırda 1850 seçki məntəqəsi üzrə bülletenlər hesablanıb. İki turun nəticələrinə görə, birinci yerdə “Kəndlilər və Yaşıllar İttifaqı (56 mandat), ikinci - Litva Xristian Demokratlarının Vətən İttifaqı Partiyası (31 mandat), üçüncü yerdə isə Sosial Demokrat partiyası qərarlaşıb (17 mandat).
Seçkilərin ikinci turunda 68 yer uğrunda mübarizə aparılır. Litva Seymi 141 deputatdan ibarətdir. Onlardan 71-i birmandatlı dairələrdə birbaşa, 70-i isə çoxmandatlı dairələrdə partiya siyahıları üzrə seçilir.