Bank Of Baku

Liviya ATƏT-ə tərəfdaş olmaq istəyir

Liviya ATƏT-ə tərəfdaş olmaq istəyir
# 18 iyun 2013 08:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Liviya ATƏT-lə tərəfdaşlıq münasibətləri qurmaq istəyir. APA-nın xəbərinə görə, Liviya xarici işlər naziri Məhəmməd Abdul-Əziz iyunun 17-də ölkəsi adından müvafiq müraciəti ATƏT-ə təqdim edib.

 

ATƏT-in baş katibi Lamberto Zanyer Liviyanın qərarını alqışlayaraq bildirib ki, təşkilat yeni gələcək qurmaq istiqamətində öz təcrübəsini Liviya ilə bölüşməyə hazırdır. O deyib ki, Liviya ilə tərəfdaş olmaq barədə qərar ATƏT-in bütün üzv ölkələrinin razılığı ilə, konsensus əsasında qəbul olunmalıdır. Belə bir qərar verilərsə, Liviya ATƏT-in 12-ci tərəfdaşı olacaq. Bundan əvvəl Əlcəzair, Misir, İsrail, İordaniya, Tunis, Mərakeş, Əfqanıstan, Yaponiya, Avstraliya, Cənubi Koreya və Tailand ATƏT-lə tərəfdaş olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR