Bank Of Baku

Madrid meri Donald Trampı Hitlerə bənzədib

Madrid meri Donald Trampı Hitlerə bənzədib
# 30 yanvar 2017 14:27 (UTC +04:00)

İspaniyanın paytaxtı Madridin meri Manuela Karmena ABŞ prezidenti Donald Trampı Adolf  Hitlerə bənzədib. 

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, xanım mer bunu ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra deyib.
  
“Biz bilirik ki, bu, önəmli sayda vətəndaşların dəstəklədiyi qanuni hökumətdir. Lakin 21-ci əsrdə biz insan haqlarının ən böyük pozuntusunun şahidi oluruq. Eynilə əksəriyyətin əvvəlcə dəstəklədiyi digər bir hökumətin vaxtında olduğu kimi”, - deyə M. Karmena Hitler Almaniyasını nəzərdə tutaraq söyləyib.
 

Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR