Bank Of Baku

Maliyyə naziri: "Region ölkələrinin milli valyutası möhkəmlənir"

Maliyyə naziri: "Region ölkələrinin milli valyutası möhkəmlənir"
# 07 mart 2016 12:13 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanın milli valyutası olan larinin məzənnəsi qısamüddətli perspektivdə stabilləşəcək, ortamüddətli perspektivdə isə güclənəcək. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Nodar Xaduri bildirib.

 

Nazirin sözlərinə görə, lari regionda cərəyan edən proseslərdən təcrid olunmayıb.

 

"Görürsünüz ki, region ölkələrinin milli valyutaları möhkəmlənir. Neftin qiyməti də artıq əvvəlki kimi təlatümlü deyil. Üstəlik, dövlət büdcəmiz larinin məzənnəsinə təzyiq göstərmir", - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR