Bu gün Lill şəhərində keçirilən Fransa Milli Cəbhə Partiyasının qurultayında Marin Le Pen yenidən partiyanın sədri seçilib
APA-nın "France Info" portalına istinadən verdiyi məlumata görə, qurultayda partiyanın qurucusu və M. L. Penin atası Jan-Mari Le Pen partiyanın fəxri prezidenti statusundan məhrum edilib.
Qurultay partiyanın fəxri prezidenti statusunu ləğv edib.
Qeyd edək ki, M. L. Pen 2011-ci ildə Milli Cəbhə Partiyasının sədri postunda atasını əvəz edib. Ancaq sonradan ata və qızın münasibətləri soyuqlaşıb. M. L. Pen atasının həddən artıq kəskin və mübahisəli bəyanatlarına məsafəli yanaşır. Bu səbəbdən 2015-ci ildə Jan-Mari Le Pen yaradıcısı olduğu partiyadan uzaqlaşdırılıb. Ancaq buna baxmayaraq, indiyə qədər o, partiyanın fəxri prezidenti kimi qalıb.
Xatırladaq ki, Avropa Parlamentinə son seçkilərdə Fransa Milli Cəbhə Partiyası seçicilərin 25,4 faizinin səsini toplayıb. Bu partiya mühafizəkar dəyərləri müdafiə edir, miqrasiya və avrointeqrasiya əleyhinədir.