Bank Of Baku

Mehmet Şimşək: “Əsas hədəfimiz adambaşına düşən milli gəliri 20 min dollara çıxarmaqdır”

Mehmet Şimşək: “Əsas hədəfimiz adambaşına düşən milli gəliri 20 min dollara çıxarmaqdır”
# 16 fevral 2017 13:51 (UTC +04:00)

“İqtisadiyyatımızı inkişaf etdirdikcə, demokratiyamızın keyfiyyətini unutmayacağıq”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin müavini Mehmet  Şimşək Dünya Turizm Forumunun İstanbulda təşkil etdiyi III beynəlxalq toplantıda çıxışında deyib.

 

M. Şimşək hökumətin turizmə daim dəstək verdiyini, bunun sayəsində 2016-cı ildə ölkəyə 25,3 milyon turist gəldiyini xatırladıb. Siyasətçilərin əsas vəzifəsinin daha keyfiyyətli işlər görmək olduğuna diqqəti cəlb edən M. Şimşək başqa sektorlara da lazımi dəstəyi verdiklərini, lakin turizmin daha önəmli olduğunu söyləyib: “80 milyon əhalimizin üstünə 3 milyon qaçqını da əlavə edəndə 83 milyon insanın daha yaxşı həyat və dünya arzu etdiyini heç vaxt gözdən qaçırmamalıyıq. Əsas hədəfimiz adambaşına düşən milli gəliri 20 min dollara çıxarmaqdır. Konstitusiya dəyişikliyi məqsədilə apreldə keçirəcəyimiz referendumdan sonra əlimizdə hazır olan iqtisadi proqramları daha fəal şəkildə həyata keçirə biləcəyik. Biz şəffaflığa və qlobal inteqrasiyaya inanmağa davam edirik”.

 

Baş nazirin müavini Türkiyə ilə Avropa İttifaqı arasındakı gömrük sazişinə yenidən baxmağa da çağırıb. O, iqtisadi inkişafa paralel şəkildə hüquqi islahatların fasiləsiz  şəkildə davam etdirilməsinin və sosial institutların fəaliyyətinin daha da şaxələndirilməsinin vacibliyini vurğulayıb: “Fundamental insan haqları prinsiplərinə sadiq qalmaqla hüquq sistemimizi gücləndirməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR