Bank Of Baku

Milanda Ekspo 2015 əleyhinə iğtişaşlar başlayıb

Milanda Ekspo 2015 əleyhinə iğtişaşlar başlayıb
# 01 may 2015 17:40 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Milan şəhərində Ekspo 2015 sərgisinə qarşı etiraz aksiyaları iğtişaşlara keçib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində yürüş edən aksiya iştirakçıları bir neçə avtomobili yandırıb, polisə daş və fişəng atıblar.

 

Asayiş keşikçiləri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Məlumata görə, etiraz aksiyasında 10 minədək insan iştirak edir.

 

Ekspo-2015 beynəlxalq sərginin açılmasına qarşı etiraz aksiyaları aprelin 30-da keçirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR