Bank Of Baku

Minlərlə nümayişçi Bolqarıstan hökumətinin istefasını tələb edib

Minlərlə nümayişçi Bolqarıstan hökumətinin istefasını tələb edib
# 29 iyun 2013 00:45 (UTC +04:00)

Bakı-APA. Dünən minlərlə insan Sofiya küçələrinə çıxaraq hökumət əleyhinə nümayişdə iştirak ediblər.

 

APA-nın məlumatına görə, Bolqarıstanda hökumət əleyhinə çıxışlar artıq 15 gündür ki, davam edir.

 

Mitinqlər mediamaqnat Delyan Peevskinin Dövlət Milli təhlükəsizlik xidmətinin şefi təyin olunmasından sonra başlayıb. Aksiyalar başlandıqdan sonra Peevski istefa verməyə hazır olduğunu bildirib, lakin nümayişçilər bu dəfə bütün hökumətin istefasını tələb ediblər.

 

Bu həftənin əvvəlində 60-dan artıq bolqar ziyalısı «Bolqar dövlətinin plutokratik modelinin ləğv olunması naminə Xartiya»nı imzalayıblar. Xartiya «varlıların hakimiyyətinə son qoymağa, demokratiya və qanunun aliliyini bərpa etməyə» çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR