Bank Of Baku

Mixail Saakaşvili: "Mən Pinoçet deyiləm"

Mixail Saakaşvili: "Mən Pinoçet deyiləm"
# 18 oktyabr 2013 20:18 (UTC +04:00)

Bakı-APA. “Biz 1 il ərzində Kutaisidə parlament binasını inşa edə bildik, yeni hökumət isə bu ərazini otlağa çevirdi”. APA-nın “Georgia Online” saytına istinadən yaydığı məlumata görə, belə bir bəyanatla Kutaisi şəhərində Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

 

“Bu hakimiyyətin yeganə planı var – prezident seçkilərini birinci turda bitirmək, sonra isə ilk səsvermədə parlamentin Kutaisidən Tiflisə köçürülməsinə nail olmaqdır”, - deyə o vurğulayıb.

 

Saakaşvili həmçinin özünü Çilinin sabiq rəhbəri Pinoçetə oxşatmadığını deyib: “Mən Pinoçet deyiləm və heç vaxt diktatura yaratmazdım. Mən dişlərimlə Kutaisini parlament şəhəri kimi müdafiə edirəm. İndi siz Kutaisinin parlament şəhəri kimi qalıb-qalmamasına qərar verməlisiniz”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR