Bank Of Baku

Mogerini və Kerri Böyük Britaniyanın Aİ-dən çıxmasını müzakirə ediblər

Mogerini və Kerri Böyük Britaniyanın Aİ-dən çıxmasını müzakirə ediblər
# 25 iyun 2016 23:36 (UTC +04:00)

Bakı-APA. Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Mogerini bu barədə “Tvitter” səhifəsində bildirib. Onun sözlərinə görə,  görüş  Böyük Britaniyada ölkənin Aİ-dən çıxmasına dair keçirilmiş referenduma həsr olunub.   

 

“Con Kerri ilə  Böyük Britaniyada keçirilmiş referendumu və onun fəsadlarını müzakirə etdik”, - deyə Mogerini sosial şəbəkədəki səhifəsində bildirib.

 

Xatırladaq ki, iyunun 23-də keçirilmiş referendumun nəticələrinə əsasən, seçicilərin  51,9 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyib, 48,1 faizi isə buna qarşı çıxıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR