Bank Of Baku

Moldovanın Aİ ilə assosiasiyasına dair saziş 24 ölkə tərəfindən ratifikasiya edilib

Moldovanın Aİ ilə assosiasiyasına dair saziş 24 ölkə tərəfindən ratifikasiya edilib
# 28 iyun 2015 02:42 (UTC +04:00)

 APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın XİN və Avropa inteqrasiyası naziri Anna Taban bildirib.  

 

Xatırladaq ki, Moldova Aİ ilə assosiasiya və azad ticarət haqqında sazişi 2014-cü ilin iyunun 27-də imzalayıb. Saziş ölkənin o zamankı baş naziri Yuri Lanke, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Şurasının rəhbəri German Van Rompey və Aİ-nin 28 ölkəsinin liderləri tərəfindən imzalanıb. Müxalifət nümayəndələri ratifikasiya əleyhinə çıxış ediblər.   

 

“Hazırda saziş  yalnız 4 ölkə - Avstriya, İtaliya, Yunanıstan və Kipr tərəfindən ratifikasiya olunmayıb”, deyə nazir bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR