Bank Of Baku

Monteneqroda yerli sakinlərlə miqrantlar arasında kütləvi dava olub

Monteneqroda yerli sakinlərlə miqrantlar arasında kütləvi dava olub
# 16 fevral 2017 03:12 (UTC +04:00)

Monteneqronun paytaxtı Podqoritsa şəhəri yaxınlığında yerli sakinlərlə miqrantlar arasında kütləvi dava baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, münaqişə miqrantların məskunlaşdığı Spuj qəsəbəsində qeydə alınıb.

 

İnsident nəticəsində Pakistan vətəndaşı ağır kəllə-beyin travması, daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Polis kütləni dağıtmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb. Hadisənin baş verməsinə görə tərəflər bir-birilərini ittiham edirlər. Faktla bağlı polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR