Bank Of Baku

Moskvadan yola düşmüş Boliviya prezidentinin təyyarəsi Vyanada planlaşdırılmamış eniş edib

Moskvadan yola düşmüş Boliviya prezidentinin təyyarəsi Vyanada planlaşdırılmamış eniş edib
# 03 iyul 2013 03:45 (UTC +04:00)

Bakı - APA. Ötən gecə Moskvadan yola düşmüş Boliviya prezidentinin təyyarəsinin Fransa və Portuqaliyanın hava məkanına daxil olmasına qadağa qoyulub. APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, Paris və Lissabonun belə bir qərar verməsi təyyarənin göyərtəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin olması ehtimalı ilə bağlıdır.

 

Məlumata görə, Boliviya prezidentinin təyyarəsi Vyana aeroportuna eniş edib.

 

Lakin E. Snoudenin təyyarədə olmadığı üzə çıxıb. Bunun ardınca Portuiqaliya Boliviya prezidentinin təyyarəsinin öz hava məkanından keçməsinə razılıq verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR