Bank Of Baku

Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
# 10 oktyabr 2016 20:54 (UTC +04:00)

Bakı-APA. Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100%  səslər hesablanıb.

 

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

 

Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin  lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.

 

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR