Bank Of Baku

Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 mlrd. avro yoxa çıxıb

Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 mlrd. avro yoxa çıxıb
# 09 mart 2018 05:10 (UTC +04:00)

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 milyard avro müəmmalı şəkildə yoxa çıxıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, pul vəsaitləri Euroclear bankındakı hesablardan 2013-2017-ci illər ərzində götürülüb. 

 

Məlumata görə,  2011-ci ildə BMT-nin qərarı ilə dondurulan hesablardan pulların çıxarılması  Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb. 

 

Prokurorluğun məlumatına görə, adıçəkilən bankda açıq olan 4 hesabda 5 mlrd. avronun qaldığı bildirilir. Vəsaitlər çıxarılmazdan əvvəl isə həmin hesablarda ümumilikdə 16 mlrd. avro olub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR