Bakı-APA. Nayrobidə ticarət mərkəzinə silahlı hücum nəticəsində Fransanın 2 vətəndaşı ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Fransua Ollandın bəyanatında deyilir. Fransua Olland hücumu sərt şəkildə pisləyərək ölən şəxslərin yaxınlarına başsağlığı verib.
Bu arada terror aktına görə məsuliyyəti öz üzərinə götürən “Əş Şəbab” islamçı qruplaşmasının nümayəndəsi “BBC”yə bildirib ki, hücum Keniya hərbçilərinin Somalidə sülhməramlı əməliyyatlarda iştirakına cavab olub.