Bank Of Baku

Nazir: “Türkiyədəki hadisələr iqtisadiyyata ciddi zərər vurmayıb”

Nazir: “Türkiyədəki hadisələr iqtisadiyyata ciddi zərər vurmayıb”
# 08 iyun 2013 16:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Türkiyənin Elm, sənaye və texnologiya naziri Nihat Ergün İstanbulda baş verən Gəzinti Parkı hadisələrinin iqtisadiyyata səthi və müvəqqəti bəzi təsirlərinin olduğunu bildirib.


APA-nın məlumatına görə, N. Ergün deyib ki, əgər Türkiyədə yüksək inflyasiya və Mərkəz Bankın ehtiyatları son dərəcə zəif olsaydı, o zaman bu cür hadisələr iqtisadiyyat üzərində daha köklü təsirlər yarada bilərdi: “Lakin Türkiyə, son 10 ildə makroiqtisadi tarazlıqlarını qurduğu və iqtisadi problemlərini həll etdiyi üçün bu cür hadisələrin iqtisadiyyata daha səthi və müvəqqəti bəzi təsirləri olur. Çünki Türkiyədə siyasi sabitlik, makro iqtisadi tarazlıqlar möhkəm bir şəkildə qurulub. Bunlar hər zaman üçün əhəmiyyətli anlayışlardır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR