Bank Of Baku

Niderlandda Ukrayna-Aİ assosiasiyasına dair referendumun rəsmi nəticələri açıqlanıb

Niderlandda Ukrayna-Aİ assosiasiyasına dair referendumun rəsmi nəticələri açıqlanıb
# 13 aprel 2016 03:46 (UTC +04:00)

Bakı-APA. Niderlandın Seçki Şurası Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişi ilə bağlı keçirilən referendumun rəsmi nəticələrini açıqlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, səs vermiş seçicilərin 38,21 faizi  sazişin ratifikasiya olunmasını dəstəkləyib, 61 faizi isə bunun əleyhinə çıxış edib.  

 

Dərc olunan məlumata əsasən, səsvermədə qeydə alınmış seçicilərin  32,2 faizi iştirak edib.

 

Qeyd edək ki, Reuters-in bu arada yaydığı məlumata əsasən, Avropa Komissiyası Niderlanddakı referendumun nəticələrindən asılı olmayaraq, bu ay Ukrayna ilə vizasız rejim tətbiq etmək niyyətindədir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR