Bank Of Baku

Pan Qi Mun: “Türkiyə-Avropa İttifaqı razılaşması miqrant böhranının nizamlanmasında həlledici olacaq”

Pan Qi Mun: “Türkiyə-Avropa İttifaqı razılaşması miqrant böhranının nizamlanmasında həlledici olacaq”
# 30 mart 2016 20:17 (UTC +04:00)

Bakı-APA. Türkiyə və Avropa İttifaqı arasında əldə edilən razılaşma Avropada miqrant böhranının aradan qaldırılmasında həlledici olacaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibi Pan Qi Mun bəyan edib.

 

“Mürəkkəb sosial-iqtisadi problemlərə baxmayaraq, bir çox ölkə liderləri bu ağır məsələdə mərhəmət nümayiş etdirirlər. Bizə kollektiv məsuliyyət əsasında verilən qərarlar lazımdır. Türkiyə - Avropa İttifaqı razılaşmasında əsas məsələ onun yerinə yetirilməsidir. Təhdid və repressiyalardan qurtulmaq istəyən miqrantlar üçün leqal yollar genişləndirilməlidir. Sentyabrda Nyu-Yorkda keçiriləcək konfransda biz qlobal səviyyədə bu məsələləri müzakirə edəcəyik”, deyə Pan Qi Mun bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR